ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
İrəvan Azərbaycan ərazisi ilə Ermənistandan Rusiya, Qazaxıstan və digər ölkələrə əks yük axınının təmin edilməsi imkanını nəzərdən keçirir.
Bakıvaxtı.az-ın Ermənistan KİV-inə istinadən verdiyi xəbərə görə, bunu ölkənin Baş naziri Nikol Paşinyan brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazisindən keçən dəmir yolu marşrutu ilə Rusiyadan malların idxalı ilə bağlı yeni müraciətlər daxil olur.
"Vəziyyət dinamikdir - yeni müraciətlər yaranır. Həmçinin Ermənistandan Rusiya, Qazaxıstan və digər ölkələrə əks yük axınının necə təşkil edilə biləcəyini yoxlamaq lazımdır", - N.Paşinyan əlavə edib.
O qeyd edib ki, noyabrın 5-i axşam demək olar 35 il ərzində ilk dəfə olaraq Rusiyadan taxıl yüklü qatar Ermənistan ərazisinə daxil olub. Qatar Azərbaycan və Gürcüstandan keçib.
"Əvvəlcə ilk qatarın Qazaxıstandan gələcəyi planlaşdırılırdı, lakin sonradan məlum oldu ki, Azərbaycan Rusiya yükləri üçün də belə bir imkan təqdim edir", - N.Paşinyan qeyd edib.
Baş nazirin sözlərinə görə, yük axınları Azərbaycan ərazisi ilə Ermənistana malların çatdırılması üçün yeni imkanlar nəzərə alınmaqla yenidən bölüşdürülür. O, Qazaxıstan qatarının gəlişinə qədər Rusiyadan əlavə partiyaların göndərilməsinin mümkünlüyünü istisna etməyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.