AZ

“New York Times” Türkiyədən yazdı: “Vazkeçilməz Ərdoğan”

ABŞ-nin nüfuzlu qəzetlərindən “New York Times” Türkiyənin son illərdə qlobal nizamda oynadığı rolu təhlil edən “Vazkeçilməz Ərdoğan” adlı diqqətçəkən bir analiz dərc edib.

Sherg.az xəbər verir ki, məqalədə vurğulanır ki, Prezident Rəcəb Tayyib Ərdoğan beynəlxalq arenada qurduğu strateji əlaqələr sayəsində həm iqtisadi, həm də diplomatik gücünü artırıb. Bu isə Türkiyənin qlobal güc balansındakı rolunu daha da möhkəmləndirib.

Qəzet sentyabr ayında Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə verilən səmimi görüntülərə diqqət çəkərək, Vaşinqton - Ankara xəttində münasibətlərin inkişaf etdiyini yazıb.

“New York Times”ın iddiasına görə, ABŞ-də atılan addımlar Ərdoğan üçün “siyasi baxımdan son dərəcə qazanc gətirən” olub. Analizdə Qərblə formalaşan bu yeni tarazlığın Ankaraya iqtisadi rahatlıq verdiyi qeyd olunub.

“Yeni dövrün aktorları”

Məqalədə Ərdoğanın təkcə Tramp ilə deyil, həm də Almaniya kansleri Fridrix Mers və Böyük Britaniyanın baş naziri Keir Starmer ilə verdiyi görüntülərin Qərbin Ərdoğanla əməkdaşlıq etmək istəyini əks etdirdiyi vurğulanır.

Qəzet yazır ki, son vaxtlar Ankaraya ardıcıl beynəlxalq diplomatik səfərlər həyata keçirilir və bu, Türkiyənin yeni dövrün əsas oyunçularından birinə çevrildiyini göstərir:

“Dünya artıq praqmatik liderlərlə işləməyi üstün tutur. Ərdoğan kimi güclü şəxslər bu yeni dövrün aktorlarıdır.”

Qərb üçün vazkeçilməz

“New York Times” analizinə görə, Ərdoğan bölgə böhranlarında da Qərb üçün vazkeçilməz bir fiqura çevrilib. Qəzet qeyd edir ki, Qəzza müharibəsi və İsrailin hücumları ilə bağlı proseslərdə Ankaranın izlədiyi diplomatik xətt həm Qərb paytaxtlarında, həm də ərəb dünyasında diqqətlə izlənilir.

Türkiyənin həm Fələstin xalqının haqlarını müdafiə etməsi, həm də Qərblə diplomatik kanalları açıq saxlaması “Qərbin Ərdoğanla əlaqələri kəsməyə cəsarət edə bilməməsinin əsas səbəbi” kimi göstərilir.

“Heç bir ölkə bu diplomatik manevr sahəsinə malik deyil”

“Orta Şərqdə heç bir ölkə Ankara qədər geniş diplomatik manevr imkanına malik deyil,” - deyə “New York Times” yazır.
Qəzetə görə, Ərdoğanın Qahirə, Doha, Moskva və Vaşinqton arasında qurduğu təmas trafiki bölgə böhranlarında tarazlaşdırıcı amil rolunu oynayır.

“Tərəflərlə danışa bilən yeganə lider”

Qəzet, Türkiyənin Rusiya-Ukrayna müharibəsində izlədiyi balanslı siyasətin Qərb tərəfindən “zəruri şəkildə qəbul edildiyini” xatırladır və eyni yanaşmanın Qəzza məsələsində də davam etdiyini bildirir.
Ərdoğanın hər iki cəbhədə “tərəflərlə danışa bilən azsaylı liderlərdən biri” olması Türkiyənin strateji əhəmiyyətini artırdığı vurğulanır.

“Avropanın etibarlı təchizatçısı”

“New York Times”ın məlumatına görə, Türkiyənin müdafiə sənayesi bu dövrdə Avropanın etibarlı tədarükçüsünə çevrilib.
Analizdə qeyd olunur ki, ABŞ-nin Texas ştatında qurulan bir sursat zavodunda Türkiyə istehsalı olan istehsal xətləri istifadə olunur və bu müəssisə Pentaqonun istehsal planının üçdə birini qarşılayacaq.

Turan 

Seçilən
12
1
sherg.az

2Mənbələr