AZ

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu ödənişli olacaq

Hazırda dayandığımız layihə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu birinci texniki dərəcələrə uyğun olaraq inşa edilir.
“APA-Economics” xəbər verir ki, bunu Zəngilan rayonunun Ağbənd qəsəbəsinə mediatur zamanı jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisi Ziyəddin Həsənov deyib.

O bildirib ki, yolun ümumi uzunluğu 123,6 kilometrdir:

“Bu yolun 78,5 kilometrlik hissəsi 6 hərəkət zolağından ibarətdir. 45,1 kilometrlik hissəsi isə 4 hərəkət zolağından ibarətdir. Hərəkət hissəsinin eni 14 və 21 metr, torpaq yatağının eni isə 21,5 və 29 metr təşkil edir. Avtomobil yolu üzərində 8 ədəd qovşaq inşa edilib. 44 ədəd alt, 5 ədəd üst keçid, 314 ədəd müxtəlif diametrli qurğu inşa edilib. Tunellərin ümumi uzunluğu 12 kilometr təşkil edir. 3 tunel var. Bununla yanaşı layihə üzrə 24 körpünün tikintisi nəzərdə tutulub. Bu körpülərdən 23-nün tikinti işləri tamamlanıb. Bir körpüdə isə işlər davam edir”.

“Avtomobil yolunun gələcəkdə ödənişli olması nəzərdə tutulur. Bu yola alternativ olaraq Horadiz-Cəbrayıl-Zəngilan yolu çəkilərək istismara verilib. Gələn ilin ikinci yarısında tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır”, - deyə o əlavə edib.
Seçilən
11
8
sherg.az

10Mənbələr