AZ

Qanunu pozaraq gəlirini gizlədən şəxslərin sığortalanması özləri tərəfindən həyata keçirilir – Nazir

Bakı. Trend:

Qanunvericiliyə edilən son dəyişikliklər əksinə, dövlətinöhdəliyini genişləndirir. Əvvəlki normada bəzi kateqoriyalargöstərilir, digərləri isə sığorta haqqını özü ödəməli olurdu. Ammabu ödənişlərin tətbiqi bəzi dövrlərdə dayandırılmış və yadondurulmuşdu.

Trend xəbərverir ki, bunu bu gün maliyyə naziri Sahil Babayev parlamentin birneçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsizamanı deyib.

Nazir bildirib ki, yeni dəyişikliklə isə dövlətin öhdəliyiəhəmiyyətli dərəcədə artırılıb:

“Əmək qabiliyyəti olmayan şəxslər, işsizlər, pensiyaçılar,əlilliyi olan şəxslər, uşaqlar, tələbələr və digər geniş əhaliqrupları birbaşa dövlətin təminatında olur. Öz hesabınasığortalanan şəxslər isə – yəni rəsmi məşğul olan, əmək müqaviləsiilə çalışanlar, sahibkarlar, kənd təsərrüfatı ilə məşğul olan ailətəsərrüfatları – qanunla müəyyən edilən qaydada öz haqlarınıödəyirlər.

Yeganə istisna – qeyri-formal məşğul olan şəxslərdir. Bu nədeməkdir? Bu şəxslər qanunu pozaraq sahibkarlıq və ya əməkfəaliyyəti ilə məşğul olur, gəlirlərini gizlədir və qeydiyyatdanyayınırlar. Qanun bu şəxsləri məsuliyyət daşıyan kateqoriya kimimüəyyənləşdirir və onların sığortalanması yalnız öz vəsaitlərihesabına, bir dəfəlik ödənişlə mümkündür.

Bəzən kimsə bunu hansısa formada işsiz şəxslərə də şamil etməkistəyirlər. Xeyr, qanun birbaşa göstərir ki, işsiz şəxslər,sahibkarlıq fəaliyyəti ilə məşğul olan, aktiv VÖEN-i olan şəxslər,qeydiyyata duran ailə fermer, kəndli təsərrüfatları da - yəni,rəsmi şəkildə fəaliyyət göstərən bütün şəxslər, habelə işsiz olanşəxlsərin vəsaiti dövlət tərəfindən təmin edilir. Yalnız qanunupozaraq gəlirini gizlədən şəxslərin sığortalanması özləritərəfindən birdəfəlik haqq ödənilərək həyata keçirilir”.

Sahil Babayev qeyd edib ki, bu yanaşmanın məqsədi isə uçotunaparılması və qeyri-formal məşğulluğun rəsmi formayakeçirilməsidir. Hökumət bunun üçün də müxtəlif imkanlar təminedir.

Məqalədə:
Seçilən
65
8
az.trend.az

10Mənbələr