AZ

Rəşidə Dati onu Azərbaycanla əlaqələrinə görə tənqid edən erməniyönümlü vəkildən şikayət edib

Bakı. Trend:

Fransanın Mədəniyyət naziri və Paris meri postuna namizəd olanRəşidə Dati onu Azərbaycanla əlaqələrinə görə tənqid edən vəkilFransua Devecyandan şikayət edib.

Trend-inməlumatına görə, şikayət barədə Devecyan “X” hesabında paylaşımedib.

“Rəşidə Dati az öncə Paris Vəkillər Kollegiyasına mənə qarşı“vəkil peşəsinin əsas prinsiplərinin ciddi və təkrar pozulması” iləbağlı şikayət ərizəsi təqdim edib”,- məlumatda qeyd olunur.

Məlumatlara əsasən, şikayətin səbəbi Devacyanın DatininAzərbaycanla əlaqələri barədə mütəmadi tənqidi fikirləri, həmçininonun barəsində korrupsiya və “nüfuz alveri” ilə bağlı işinməhkəməyə göndərilməsini ictimaiyyətə xatırlatması olub.

Belə ki, ermənipərəst mövqeyi ilə tanınan Fransua Devadjyansosial şəbəkələrdə Fransa hökumətinin üzvü Raşida DatininAzərbaycanla münasibətlərini mütəmadi şəkildə tənqid edir. Onunfikrincə, nazirin şikayəti “Renault-Nissan” işi çərçivəsindəDatinin işinin məhkəməyə göndərilməsi ilə bağlı onun “daimixatırlatmalarına” reaksiya olub.

Məqalədə:
Seçilən
30
az.trend.az

1Mənbələr