AZ

Qəpiklə hesabı yarıya endirən üsul

Sadəcə ocaq gözünə qoyun və buraxın!

Bəzi hallarda ocaq gözləri istədiyiniz kimi yanmır, alov ya çox zəif olur, ya da bir tərəfə əyilərək bərabər yanmır. Bu vəziyyət təkcə yeməklərin gec bişməsinə səbəb olmur, həm də artıq qaz sərfiyyatına gətirib çıxardığı üçün faturanın artmasına yol açır. Məhz bu problemi aradan qaldıran xırda pul hiyləsi sosial mediada böyük maraq doğurub.

Sherg.az xəbər verir ki, xırda pul (məsələn, qəpik) ilk baxışda qəribə görünsə də, ocaqdakı alovun bərabər paylanmasına və qazın daha səmərəli yanmasına kömək edə bilər. Sosial mediada yayılan videolarda, ocaq gözünün üzərinə bir ədəd metal pul qoymaqla bəzi problemlərin qarşısını almağın mümkün olduğu göstərilir.

Bunun arxasında çox sadə bir məntiq dayanır:
Xırda pul metal səth olduğu üçün istiliyi daha tez ötürür. Beləcə ocaq üzərindəki istilik bərabər paylanır, alov sabitləşir və qaz daha səmərəli yanır.
Ocaq gözlərində ən çox rast gəlinən problem, bərabər yanmayan və oynayan alovdur. Pul qoyulduqda səthdə istilik və hava axını tarazlaşır, nəticədə alov daha sabit və güclü olur.

Bir çox istifadəçi bu üsulu sınadığını və yeməklərin bişmə müddətinin azaldığını bildirir. Xüsusilə şorba və qaynama tələb edən yeməklərdə fərq daha aydın görünür.

Amma mütəxəssislər xəbərdarlıq edir:
Bu üsul müvəqqəti həll sayılır. Çünki əsas problem adətən ocaq gözünə yığılan yağ, buxar və yemək qalıqlarının zamanla deşikləri tıxamasıdır.

Bu tıxanma qaz axınını pozduğu üçün alovun sağlam yanmasına mane olur. Sadəcə pul qoymaq problemi tam həll etmir. Əgər müntəzəm təmizlik aparılmırsa, qaz sızması riski də yarana bilər.
Mütəxəssislər ocaq gözlərinin həftədə bir dəfə təmizlənməsini məsləhət görürlər. Ev şəraitində ilıq su və soda (karbonat) qarışığı həm yağı təmizləyir, həm də ocağın səthini parlaqlığını itirmədən təmiz saxlayır.
Xüsusilə qış aylarında yemək bişirmə tezliyi artdığı üçün ocaq gözlərində tıxanma da çoxalır. Bu səbəbdən xırda pul hiyləsi müvəqqəti köməkçi üsul kimi istifadə oluna bilər.

Əgər ocaq gözlərində alov daim nizamsız yanırsa, peşəkar usta çağırmaq daha doğru addımdır. Rəsmi servis həm qaz çıxışlarını, həm də bağlantı nöqtələrini yoxlayaraq təhlükəsizliyi təmin edir.

Mətbəxdə hər kəs pratik həlləri sevir, lakin xırda  pul üsulu yalnız qısa müddətli rahatlıq təmin edir. Əsl qənaət üçün ocağın davamlı baxımı və təmizliyi vacibdir. Enerjinin səmərəli istifadəsi isə həm ev büdcəsinə, həm də təhlükəsizliyə müsbət təsir göstərir.

Turan
 

Seçilən
55
1
sherg.az

2Mənbələr