AZ

Ermənistanda deputatlığa namizədlər pul yığacaqlar

Namizədlərin irəli sürülməsi zamanı müvafiq ödənişlər edilir, biz təbliğat aparırıq, bəs onları kim maliyyələşdirməlidir?

Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 6-da jurnalistlərlə söhbətində deyib.

O, hakim partiyanın əvvəllər etdiyi kimi pul yığımı təşkil etməyi planlaşdırdığını açıqlayıb.

“Əgər kimsə namizəd irəli sürürsə, o da maddi töhfə verməlidir”, - Paşinyan qeyd edib. O izah edib ki, öz çevrəsində olan hər kəs ianə aksiyası təşkil edib töhfə verə bilər.

Seçilən
31
publika.az

1Mənbələr