AZ

Deputat: Alimlərimizin arqumentli cavabları elmimizin gücünü təsdiqlədi

“Yeni milli kimliyi formalaşdırmaq, qələbəni cəmiyyətin hər sahəsinə, gündəlik həyata, dərsliklərə gətirmək lazımdır”.

TƏHSİL.BİZ  xəbər verir ki, bu fikirləri Bakı Slavyan Universitetində Zəfər Günü ilə əlaqədar təşkil edilən “Müasir Azərbaycanın inkişafı konsepsiyası və milli kimlik” mövzusunda keçirilən konfransda millət vəkili Zahid Oruc səsləndirib.

O qeyd edib ki, dron və inkişaf etmiş hərbi texnologiyalar müharibənin gedişində böyük rol oynadı: “Universitetlərimiz, alimlərimiz bu mübarizədə misilsiz iş gördülər. 90-cı illərdə qarşılaşdığımız saxta iddialara və təxribatlara alimlərimiz elmi arqumentlərlə cavab verdilər. Bu, elmin gücünü təsdiqlədi. Biz müəllimlər olaraq üçölçülü məkanı şagirdlərə öyrətmişik: yerin altı sərvətlərimiz, yerin üstü insan və digər resurslarımız, göylərdə isə ordumuz və texnologiyamız. Bu üç amil birlikdə bizim uğurumuzun əsasını təşkil etdi”, – deyə o bildirib. 

Millət vəkili söyləyib ki, qələbəmizi dəstəkləyən hər bir amili unutmadan onu gündəlik həyatımıza və təhsilimizə implementasiya edək.

Seçilən
51
tehsil.biz

1Mənbələr