AZ

Həftənin AXTARILANI - Həftə-reytinq

Yazını böyüt
Yazını kiçilt

Rusiya azərbaycanlı bloger Hüseyn Həsənovu yenidən axtarışa verib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Blogerin Rusiya Cinayət Məcəlləsinin məhz hansı maddəsi üzrə axtarışa verildiyi isə qeyd olunmayıb. Xatırladaq ki, H.Həsənov bundan əvvəl bu ilin mayın 14-də Rusiyada axtarışa verilmişdi və barəsində qiyabi həbs qərarı çıxarılmışdı.

 

Həftənin KÜÇƏSİ

Xankəndidə küçələrin birinə Ənvər Paşanın adı verilib. Müvafiq qərarla şəhərin mərkəzi küçələrindən biri Ənvər Paşanın adını daşıyacaq. Qeyd edək ki, Ənvər Paşa Osmanlı dövlətinin böyük ictimai-siyasi və hərbi şəxsiyyətlərindən olub. 1918-ci ildə Azərbaycanın böyük hissəsi məhz Osmanlının hərbi naziri Ənvər Paşanın əmri ilə yaradılıb və Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən erməni-daşnak işğalından azad edilib.

 

Həftənin OLAYI

Serbiya superliqasında çıxış edən “Radniçki” klubunun baş məşqçisi Mladen Jijoviç faciəvi şəkildə vəfat edib. 44 yaşlı mütəxəssis Serbiya çempionatının 14-cü turunda səfərdə “Mladost Luçani”yə qarşı keçirilən oyun zamanı huşunu itirib. Matç dərhal dayandırılıb. Jijoviç xərəkdə stadiondan çıxarılıb xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.


Həftənin MÜQAYİSƏSİ

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo argentinalı ulduz Lionel Messi ilə müqayisəyə münasibət bildirib. Bu barədə o, britaniyalı jurnalist Pirs Morqanla müsahibəsində danışıb. “Messinin məndən daha yaxşı olduğunu düşünənlərlə razı deyiləm. Mən sadəcə təvazökar olmaq istəmirəm”, – deyə o söyləyib.

 

Həftənin QARAGÜNLÜSÜ

“Məhkəmə bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyanın barəsində 1 aylıq həbs qətimkan tədbiri seçib”. Bu barədə “Sputnik Armenia”ya vəkil Ara Zohrabyan məlumat verib. Qeyd edək ki, vəkil Ara Zohrabyan ata və oğul Nersisyanların xuliqanlıq və siyasi təbliğatı əngəlləməkdə ittiham olunduğunu açıqlamışdı.

 

Həftənin MERİ

ABŞ-də noyabrın 4-də keçirilən seçkilərin nəticələrinə əsasən, 34 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçilib. Mamdani seçkilərdə keçmiş qubernator, müstəqil namizəd Endryu Kuomo və Respublikaçılar Partiyasının nümayəndəsi Kertis Sliva üzərində qələbə qazanıb.

 

Seçilən
30
hafta.az

1Mənbələr