AZ

“Qədir Xum” ailəvi istirahət mərkəzində saxlanılan quşlar aidiyyəti üzrə təhvil verilib

Bakı, 6 noyabr, AZƏRTAC

İctimai iaşə müəssisələrində və ailəvi istirahət mərkəzlərində vəhşi heyvan və quşların saxlanılması, nümayiş etdirilməsi hallarında yarana biləcək təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Hacıqabul rayonu, Bakı-Qazax avtomobil yolu 105-ci kilometr ünvanında yerləşən "Qədir Xum” ailəvi istirahət mərkəzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları epizootoloji komissiyanın üzvləri ilə birgə monitorinq aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinq zamanı “Zoonoz xəstəliklərin başvermə riskinin aradan qaldırılması üçün baytarlıq nəzarətinin gücləndirilməsi haqqında” müvafiq Qərara uyğun olaraq, vəhşi quşlara baytar həkim tərəfindən kliniki baxış keçirilib və istirahət mərkəzindən daşınaraq aidiyyəti üzrə təhvil verilib.

İstirahət mərkəzinin ərazisində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görülüb.

 

Seçilən
2
6
azertag.az

9Mənbələr