Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Eskişehir Osmangazi Universitetinin müəllimi, professor Behçet Yalın Özkara bankın səhvən onun hesabına köçürdüyü 2 milyon 313 min 962 lirəni (təxminən 120 min manat) geri qaytarıb.
Milli.Az-ın məlumatına görə bank səhvi uzun müddət bilməyib, o isə pulu özü geri qaytarmaq üçün əlaqə saxlayıb. "O pul mənim deyildi. Həyatın məqsədi pul olmamalıdır" - deyə Özkara vurğulayıb.
Özkara əvvəlcə vəziyyətin düzəlməsini gözləyib, amma bankdan heç bir reaksiya olmadıqda pulu gündəlik faizə qoyub. Qazandığı faiz gəlirini də banka qaytaracağını söyləyib.
Bank əməkdaşları professorun xəbərdarlığından sonra hesabı bloklayıb və pulu geri alıb.
Sosial mediada böyük maraq doğuran hadisə ilə bağlı Özkara deyib:
"Bunu dürüstlük nümayişi kimi böyütmək istəmirəm, amma mənim olmayan pulu saxlamaq vicdanıma sığmazdı. Pul rahatlıq gətirə bilər, amma xoşbəxtlik deyil."
İsmayıl
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.