Cənubi Koreyanın Ulsan şəhərindəki istilik elektrik stansiyasında çökmə baş verib.
Publika.az "Reuters"ə istinadən xəbər verir ki, "Korea East-West Power Co." elektrik stansiyasında qazan qülləsinin çökməsi nəticəsində 7 nəfər dağıntılar altında qalıb.
Məlumata görə, 2 nəfər xilas edilib, digərlərinin axtarışı davam edir.
Qüllənin hündürlüyünün 60 metr olduğu və söküntü işləri zamanı çökdüyü qeyd olunub.