AZ

"Tibb məntəqələrinin 43 faizi xidmətə yararsızdır" - Zaur Əliyev

"Qeyri-formal məşğulluqda olan şəxslər, yəni sığorta sisteminə daxil olmayan şəxslər belə, ilkin səhiyyə xidməti və təcili tibbi yardım xidmətlərindən ödənişsiz şəkildə yararlana bilirlər. Yəni, hər hansı təcili tibbi yardım halında bu şəxslər xidmətlərdən məhrum qalmayacaqlar".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, ilkin səhiyyə xidməti İTSDA üçün prioritet istiqamətlərdən biridir. Bu sahə nə qədər inkişaf edərsə, bir o qədər preventiv tədbirlərin görülməsi mümkün olacaq və xəstəxanalara düşən yük azalacaq.

“Hazırda bu sahədə iki əsas problem var. Tibb müəssisələrinin fiziki vəziyyəti: Ölkədə təxminən 2500-dək tibb məntəqəsi mövcuddur, onların 43 %-i tam yararsız vəziyyətdədir. Bu, əsasən kənd yerlərindəki məntəqələrə aiddir. Hazırda kənd məntəqələrində xidmət göstərmək üçün azı 1500 həkimə ehtiyac var. Bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə bir neçə görüşümüz olub və nazirlik tərəfindən bu çatışmazlığın aradan qaldırılması istiqamətində müəyyən təklif və həll yoları var”.

Z.Əliyev qeyd edib ki, sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində 2027-2030-cu illərdə təmir mərhələli şəkildə həll olunacaq:

“Pilot layihə olaraq isə Bərdə rayonu seçilib. Bərdə yeganə rayondur ki, hazırda bütün kəndlərdə həkim təminatı mövcuddur. Bu səbəbdən, ilin sonuna qədər bütün tibb məntəqələrinin yenidən qurulması planlaşdırılır".

Seçilən
33
2
unikal.az

6Mənbələr