AZ

Şəhid məzunların xatirəsinə ehtiram – AzMİU-da Zəfər Günü qeyd olundu

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 8 Noyabr –Zəfər Günü münasibətilə şəhidlərin əziz xatirəsinə və Vətənmüharibəsi iştirakçılarına həsr olunmuş silsilə tədbirlərkeçirilib.

İlk olaraq AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovamüharibə iştirakçısı və qazi tələbələrlə görüşüb. Görüşdə ZəfərGününün tarixi əhəmiyyəti vurğulanıb, şəhidlərin xatirəsi ehtiramlayad edilib. Rektor qeyd edib ki, bu Qələbə xalqımızın birliyi,dövlətin siyasi iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində mümkünolub.

Daha sonra tədbirlər çərçivəsində Tikinti-İqtisad fakültəsindəşəhid məzunlar Səmural Fətəliyev və Osman Cəfərovun barelyeflərininaçılışı olub. İnşaat fakültəsində isə şəhid məzunlar ElsəvərƏhədzadə, Zaur Dövlətov və Rauf İbadovun xatirəsinə yaradılmış anımguşəsinə baxış keçirilib.

Çıxışlarda şəhidlərin həyat və döyüş yollarından bəhs edilib,onların göstərdiyi igidliyin gənclər üçün vətənpərvərlik nümunəsiolduğu vurğulanıb.

Qeyd edilib ki, AzMİU-da şəhidlərin xatirəsininəbədiləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir– onların adını daşıyan guşə və barelyeflər yaradılır, ailələrimütəmadi ziyarət olunur, doğum və şəhidlik günləri qeyd edilir. Bufəaliyyətlər universitetin şəhidlərə və qazilərə göstərdiyi yüksəkehtiramın ifadəsidir.

Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Seçilən
16
4
az.trend.az

5Mənbələr