AZ

“Qarabağ” mərhələ adlasa, bu komandalarla qarşılaşa bilər – ”Barselona”, ”Qalatasaray”…

“Qarabağ”ın UEFA Çempionlar Liqasında mərhələ adlayacağı təqdirdə qarşılaşa biləcəyi rəqiblər müəyyənləşib.

Ağdam təmsilçisi ilk “24-lüy”ə düşərsə, Almaniyanın “Borussiya Dortmund” və İspaniyanın “Atletiko Madrid” komandaları ilə düşmək ehtimalı daha çoxdur – 6,7%.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin mümkün rəqibləri arasında İspaniya nəhəngi “Barselona” (4,8%), eləcə də Türkiyə çempionu “Qalatasaray” (6,3%) da var.

Qeyd edək ki, bu ehtimal hazırkı turnir cədvəlinə əsasən hazırlanıb.

“Qarabağ”ın pley-off mərhələsindəki mümkün rəqibləri:

1. “Borussiya Dortmund” (Almaniya) – 6,7%

2. “Atletiko Madrid” (İspaniya) – 6,7%

3. “Qalatasaray” (Türkiyə) – 6,3%

4. “Sportinq” (Portuqaliya) – 6,3%

5. “Tottenhem” (İngiltərə) – 6%

6. “Atalanta” (İtaliya) – 5,9%

7. “Çelsi” (İngiltərə) – 5,9%

8. “Nyukasl Yunayted” (İngiltərə) – 5,5%

9. “Barselona” (İspaniya) – 4,8%

10. “Bayer Leverkuzen” (Almaniya) – 4,7%

11. “Yuventus” (İtaliya) – 4,5%

12. “Monako” (Fransa) – 4,2%

13. “Napoli” (İtaliya) – 4,2%.

Qeyd edək ki, Ağdam klubun hazırda 7 xalla 15-ci pillədə qərarlaşıb. Qurban Qurbanovun komandası növbəti matçını “Napoli”yə qarşı səfərdə keçirəcək.//Teleqraf.az

Seçilən
6
3
millitv.net

6Mənbələr