AZ

AMB-nin "Aktiv əsaslı maliyyələşdirmə üzrə Metodoloji Rəhbərlik" layihəsi hazırlanıb

BAKI, 6 noyabr. TELEQRAF

Mərkəzi Bankın “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində alternativ maliyyə alətləri üzrə müvafiq hüquqi və tənzimləyici mexanizmlərin hazırlanması və bu mexanizmlərin tətbiqinin dəstəklənməsi məqsədilə “Aktiv əsaslı maliyyələşdirmə üzrə Metodoloji Rəhbərlik” layihəsi hazırlanıb.

Teleqraf AMB-yə istinadən xəbər verir ki, bu xüsusda, Beynəlxalq Maliyyə Korporasiyası (IFC - International Finance Corporation) ilə birgə banklar və bank olmayan kredit təşkilatlarının nümayəndələri üçün təlim keçirilib. Təlim zamanı alternativ maliyyələşmə məhsulları üzrə hesabatlıq çərçivəsi, aktiv əsaslı maliyyələşdirmə məhsullarının növləri, tətbiqi üsulları, işləmə prinsipləri və bu sahədə beynəlxalq təcrübə müzakirə olunub.

Metodoloji Rəhbərliyin əsas məqsədi kredit təşkilatları arasında qeyri-ənənəvi kreditləşmə həllərinin tətbiqinə dair bilik və bacarıqların artırılması, bu məhsullar üzrə risklərin səmərəli idarə olunması, eləcə də kiçik və orta sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsidir.

Layihə yekunlaşdıqdan sonra bank və bank olmayan kredit təşkilarlarına təqdim olunacaq.

Seçilən
8
1
teleqraf.com

2Mənbələr