AZ

Gürcüstanda 8 müxalifət liderinə qarşı cinayət işi başlanıb

Gürcüstan Baş Prokurorluğunda müxalif siyasətçilər - sabiq Prezident Mixeil Saakaşvili, Giorgi Vaşadze, Nika Qvaramiya, Nika Melia, Zurab Caparidze, Elene Xoştariya, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı cinayət işi başlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze bu gün keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin birgə apardığı istintaq hərəkətləri nəticəsində məlum olub ki, adları çəkilən şəxslər ölkədə təxribat törətməyə cəhd, xarici ölkəyə düşmənçilik fəaliyyətində yardım etməyə, Gürcüstanın Konstitusiya quruluşuna və milli təhlükəsizliyin əsaslarına qarşı yönəlmiş fəaliyyətləri maliyyələşdirməyə, Gürcüstanın Konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə və ya dövlət hakimiyyətini devirməyə çağırışlar ediblər.

Giorgi Qvarakidze bildirib ki, onlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təhqiqat aparılır.

Seçilən
13
15
xezerxeber.az

10Mənbələr