AZ

Bu marşrut üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn "Xaliq Faiqoğlu" MMC avtobuslarla xəttin istismarını noyabrın 7-dən həyata keçirəcək. "Metronun "Azadlıq prospekti" stansiyasını "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 71 nömrəli şəhərdaxili marşrut üzrə "Golden Dragon" markalı müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobuslar fəaliyyət göstərəcək. Marşrut üzrə ümumilikdə 10 avtobus 8-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq. Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gediş haqqı 0.60 mahnı müəyyən edilib", - məlumatda bildirilib.

Qeyd edək ki, ötən ay bu marşrut xətti üzrə sərnişin şikayətləri qeydə alınmışdı. AYNA-dan marşrutun müsabiqəyə çıxarıldığı bildirilmişdi.

Seçilən
14
3
Ajans.az

10Mənbələr