BAKI, 6 noyabr. TELEQRAF
İmişli rayonunun Bəhramtəpə qəsəbəsində həyətyanı sahəyə yığılan 6 ton ot bağlamasınən 2 tonu yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.