AZ

Moldova “Rus Evi”nin bağlanması haqda qərar qəbul edib

Moldovada Rus Elm və Mədəniyyət Mərkəzi “Rus Evi” bağlanacaq. Oxuməni.az xəbər verir ki, bu haqda məlumatı yerli media yayır.

Medianın yazdığı kimi, hökumət Rusiya ilə imzalanmış və mədəniyyət mərkəzlərinin yaradılmasını nəzərdə tutan müqavilənin ləğvi qərarını təsdiqləyib. Layihəyə əsasən, Kişinyovda yerləşən Rus Evi (Rus Elm və Mədəniyyət Mərkəzi) bağlanmalıdır.

Moldovanın mədəniyyət naziri Kristian Jardanın dediyi kimi, bu mərkəz 1998-ci ildə Rusiya ilə Moldova arasında imzalanmış və müddəti 2026-cı ildə bitən müqavilə əsasında açılıb. O, müqavilənin uzadılmayacağını deyib.

Moldova hökuməti “Rus Evi”nin Kremlin hibrid təsir vasitəsi olduğunu düşünür. Bununla yanaşı, Kişinyovda Rusiyada Moldova Mədəniyyət Mərkəzinin fəaliyyət göstərmədiyini bildirirlər.

“Rossotrudniçestvo”da bildiriblər ki, Moldova paytaxtındakı “Rus Evi” bu mərhələdə adi rejimdə işləməyə davam edir.

Almaz Həsənli

Seçilən
50
1
oxumeni.az

2Mənbələr