ain.az, Avtosfer saytına istinadən bildirir.
Salyan rayonu, Qarabağlı kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 6-da saat 12:00 radələrində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobil, “KamAZ” markalı yük maşınına çırpılıb. Belə ki, bir-biriylə toqquşan nəqliyyat vasitələri yoldan çıxaraq dərəyə düşüb. Hadisə nəticəsində “Mercedes” tamamilə yararsız vəziyyətə düşüb, sürücü - Vidadi Mənəfov yüngül bədən xəsarətləri alıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.