Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın ölkədən çıxışı qadağan edilib.
KONKRET.az bildirir ki, Ermənistan mediasının məlumatına görə, prokurorluq məhkəməyə iki dəfə müvafiq vəsatət verib və ikinci baxışdan sonra qadağa tətbiq edilib.
Keçmiş millət vəkili Aşot Aşotyan Sərkisyana qarşı yeni ittihamları açıqlayıb. O bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi mərhum iş adamı Mixail Baqdasarovun 2019-cu ildə verdiyi ifadəyə istinad edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.