AZ

Moskvada motosikletçini qətlə yetirməkdə ittiham olunan azərbaycanlı qardaşlara hökm oxunub

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskvada motosikletçi Kirill Kovalevi qətlə yetirməkdə ittiham olunan azərbaycanlı Şahin və Şöhrət Abbasov qardaşlarının cinayət içi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, məhkəmə Şahin Abbasovu 17 il, Şöhrət Abbasovu isə 12 il müddətinə azadlıqdan məhrum edib. Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Məlum cinayət işi üzrə məhkəmə qarşısına altı nəfər çıxıb. Qətldə ittiham olunan Abbasov qardaşlarından başqa, onların qaçmasına kömək edən qohumları - ataları Nizami Abbasov günahsız bilinərək azadlığa buraxılıb. Əmiləri Bəxtiyar Abbasov bir il müddətinə azadlıqdan məhrum edilib, lakin məhkəməyəqədər həbsdə olduğu üçün azadlığa buraxılıb.

Ailə dostu Nahid Hüseynov da azadlığa buraxılıb. Qohumu İsaxan Abbasov altı il həbs cəzası alıb və üç milyon rubl cərimə edilib.

Məhkəmə prosesi zamanı ittiham tərəfi Şahin və Şöhrət qardaşlarına 17 və 14 il, İsaxan Abbasova 16 il, digərlərinə isə 9,5 il həbs cəzası tələb edib. Kovalevin valideynlərinin 100 milyon rubl təzminat iddiası qismən təmin edilib.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Kirill Kovalyovla 21 yaşlı Şahin Abbasov arasında ikincini avtomobilini Kovalyovun yaşadığı binanı yaxınlığında qanunsuz park etdiyinə görə mübahisə yaranıb. Nəticədə Kovalyov sinəsindən və qarnından bıçaqlanıb. Daha sonra Şahin və qardaşı qaçıb. Motosikletçi xəstəxanada ölüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
6
apa.az

7Mənbələr