AZ

"Qarabağ"la oyunun nəticəsindən məmnun deyilik" - Alexandro Qarnaço

style='margin-bottom:10px;'>

“Çelsi”nin futbolçusu Alexandro Qarnaço Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda Bakıda "Qarabağ"la keşirilən oyunla (2:2) bağlı danışıb.

QOL.az xəbər verir ki, komandasını məğlubiyyətdən xilas edən qolu vuran argentinalı  yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında bunları deyib:

“Düşünürəm ki, qalib gəlməli idik. Çoxlu qol şansımız oldu. Nəticədən məmnun deyilik. Biz “Çelsi”yik və hər oyunda qalib gəlməyə çalışmalıyıq. Ona görə də, təkcə bir xal istədiyimiz deyildi. Fasilədə məşqçi mənə əlimdən gələni etməli olduğumu dedi. Qol vurmağı bacardım, amma bu, kifayət deyildi. Düşünürəm ki, bəli, yaxşı qol vurdum. Komandaya kömək etmək istəyirdim. Amma qələbə qazana bilmədik. Əlbəttə ki, burada uzun bir yol var idi. Lakin, bunu etməliyik və bu, bəhanə olmamalıdır”.

Seçilən
3
4
teleqraf.com

5Mənbələr