AZ

Tarqovu"dakı qətlin ŞOK DETALLARI: Cinsi azlıq olduğu üçün...+FOTO

Bu gün "Tarqovıy"da 19 yaşlı gəncin öldürülməsi barədə məlumat vermişdik.

"Bakuinfo" xəbər verir ki, gənci əmisi homoseksual olduğuna görə öldürüb.

Mənbə bildirib ki, Yasin İbadov, Rüzgar adı ilə tanınırmış. O, çoxsaylı bıçaq zərbələri alaraq hadisə yerində həyatını itirib.

Hadisə insanların gözü qarşısında baş verib.

Məlumata görə, qətlə yetirilən şəxs Şamaxı rayonundandır. O, uzun müddət Türkiyədə yaşayıb, lakin oturum müddəti bitdiyi üçün Azərbaycana qayıdıb.

İddialara görə, Yasin İbadov Türkiyədə olduğu vaxtdan əmisi oğlu tərəfindən təhdid edilirmiş. Qətli törədən əmisi isə daha öncə də həbsdə olub. (Oxu24.com)

Seçilən
41
bakuinfo.net

1Mənbələr