AZ

Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Moskva Şəhər Məhkəməsi motosikletçini öldürməkdə ittiham olunan Şahin Abbasovu 17 il müddətinə azadlıqdan məhrum edib.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Təqsirləndirilən şəxs Şahin Abbasov 17 il müddətinə azadlıqdan məhrum edilib, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək”, - məlumatda deyilib.

Onun qardaşları – Şöhrət Abbasov 12, İsaxan Abbasov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, 2024-cü il aprelin 17-də Moskvada 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov parkinq üstündə mübahisə zəminində 25 yaşlı Kirill Kovalyova xəsarət yetirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
2
axar.az

3Mənbələr