ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Çoxəsrlik tariximizin şanlı Zəfər Günü” mövzusunda elmi sessiya keçirilib.
Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib.
Tədbiri açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva bildirib ki, 8 Noyabr tariximizə qızıl hərflərlə yazılıb. Bu gün xalqımızın 30 illik həsrətinə son qoyulan gündür. Akademik G.Baxşəliyeva qeyd edib ki, beş il öncə - 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən genişmiqyaslı hərbi təxribatın qarşılığında düşmənin həmlələrini dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri ilə qəhrəman hərbçilərimiz Ermənistan silahlı qüvvələrini darmadağın edərək nüfuzlu beynəlxalq təşkilatların, qüdrətli dövlətlərin nizamlaya bilmədikləri problemi cəmi 44 günə həll etdilər. Bu şanlı Zəfər yolunun sonunda düşmən diz çökdürüldü, 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoydu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, şəhidlərimizin qisasını aldı. Azərbaycan öz qüdrətini, öz haqqı olanı almağı bacardığını dünyaya göstərdi.
Elmi sessiyada institutun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü elmi sessiyada “Zəfər bayramı-milli birlik və qürur günü” və ümumi işlər üzrə direktor müavini Pərviz Ağayevin “Azərbaycanın tarix səhifələrinə qızıl hərflərlə yazılmış Zəfər Günü” mövzularında məruzələri dinlənilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.