Madrid klubunun yarımmüdafiəçisi Orelyen Çuameni zədələnib.
İdmanxeber.az xəbər verir ki, fransalı futbolçu sol ayaq əzələsindən aldığı zədə səbəbindən təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
25 yaşlı oyunçunun dekabrın əvvəlində sıraya dönəcəyi gözlənilir.
Qeyd edək ki, Fransa yığması noyabrın 16-da Bakıda millimizə qarşı oynayacaq və Çuameni bu görüşü buraxacaq.