AZ

Moskvada qətl törədən azərbaycanlı qardaşlara hökm oxundu - FOTO/VİDEO

Moskvada qətl törədən Azərbaycan vətəndaşları - Şahin Abbasov 17 il, qardaşı Şöhrət isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
 
Bununla bağlı Moskva Şəhər Məhkəməsi hökm çıxarıb.
 
Məlumata görə, hər iki azərbaycanlı cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
 
Eyni zamanda, onların daha bir qardaşı İsaxan Abbasov cinayəti gizlətmək və rüşvət almaqda ittiham olunaraq, 8 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qalan təqsirləndirilən şəxslər istintaq təcridxanasında olduqları müddətdə cəzalarını çəkiblər və məhkəmə zalında həbsdən azad ediliblər. Məhkəmə Şahin Abbasovun atası Nizam Abbasova da bəraət verib.
 
Xatırladaq ki, hadisə 2024-cü il aprelin 17-də baş verib. İstintaq məlumatına görə, Şahin Abbasov idarə etdiyi nəqliyyat vasitəsini binanın girişinin yaxınlığında səkidə saxlayıb. Bu, 24 yaşlı yerli sakin Kirill Kovalyovu qəzəbləndirib və o, sürücünü danlayıb.
 
Şahin Abbasov və qardaşı Şöhrət Kovalyova bir neçə bıçaq zərbəsi vurublar və o, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
 
Müstəntiqlərin bildirdiyinə görə, hadisədən sonra qardaşlar atalarının və digər yaxınlarının köməyi ilə Rostov vilayətinə gediblər və orada daha bir neçə cinayət törədiblər.

 

Seçilən
31
moderator.az

1Mənbələr