Vətən müharibəsindən bəhs edən "44" bədii filminin çəkilişləri başa çatıb.
Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov sosial mediada paylaşım edib.
A.Ələkbərov qarşıdakı post-prodakşn mərhələsində ciddi və məsuliyyətli işlərinin olduğunu qeyd edib:
"4 il ərzində böyük zəhmətlə üzərində çalışdığımız "44" bədii filminin çəkilişləri bu gün uğurla başa çatdı. Filmin ərsəyə gəlməsində əməyi olan fədakar komanda üzvlərimə, peşəkar aktyorlara və bu işə ürəkdən yanaşan hər kəsə dərin təşəkkürümü bildirirəm. Bu cür istedadlı heyətlə çalışmaq həm böyük zövq, həm də dəyərli bir təcrübə oldu".