AZ

Sədərək rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq

Naxçıvan, 6 noyabr, AZƏRTAC

35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Qaraağac" hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.

“Azərişıq” ASC-nin Naxçıvan Regional Elektrik Təchizatı Satış İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu səbəbdən noyabrın 7-də saat 09:30-dan 12:30-dək Sədərək rayonunun Qaraağac kəndinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri davam etdirilir.

Seçilən
68
azertag.az

1Mənbələr