AZ

Fransada jandarmların qanunsuz hərəkətləri ilə bağlı yeni görüntülər rezonans doğurub

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paris, 6 noyabr, AZƏRTAC

Fransada 2023-cü ilin martında baş vermiş Sənt-Solin etirazları ilə bağlı yeni görüntülər ölkə ictimaiyyətində rezonans yaradıb. “Libération” və “Mediapart” portallarında yayımlanan bu videolar jandarmarların etirazçılara qarşı təhqiramiz ifadələr işlətməsi və qanunsuz şəkildə qumbara atmasını göstərir.

AZƏRTAC xəbər verir ki, etirazlar zamanı yaralanan dörd nəfəri təmsil edən vəkil Kloe Şalo noyabrın 6-da “franceinfo”ya verdiyi müsahibədə bu görüntülərin dəhşətli olduğunu və cinayət xarakterli davranışları açıq şəkildə göstərdiyini bildirib. Onun sözlərinə görə, bu hadisələr “inzibati məsələ kimi deyil, cinayət hadisəsi kimi araşdırılmalıdır”. Vəkil qeyd edib ki, jandarmarların bədən kameralarından əldə edilən kadrlar qanunsuzluqların olduğunu sübut edir. “Bu atəşlər nəticəsində mənim iki müvəkkilim ağır yaralanıb və ölüm təhlükəsi ilə üz-üzə qalıb”, - deyə vəkil Şalo vurğulayıb.

Hadisədən iki ildən çox vaxt keçməsinə baxmayaraq, daxili işlər naziri Loran Nunez bu görüntülərin yayımlanmasından sonra İctimai Təhlükəsizlik üzrə Baş Müfəttişliyə (IGGN) inzibati araşdırma aparmaq göstərişi verib.

K.Şalo bildirib ki, bu videolar artıq IGGN tərəfindən izlənilib, lakin indiyədək heç bir hüquqi addım atılmayıb. Vəkil Şalo nazirin bu hadisələri “nadir davranışlar” kimi təqdim etməsini tənqid edib. “Bu görüntülər göstərir ki, həmin gün atəşlər sistematik şəkildə həyata keçirilib və bu, verilmiş əmrlərin birbaşa nəticəsidir”,-deyə vəkil bildirib ki, jandarmarların hərəkətlərində yaralama, şikəstlik və ölüm riski barədə tam bir etinasızlıq və şüurlu biganəlik müşahidə olunur.

2023-cü ilin martın 25-də Sənt-Solində keçirilən etiraz zamanı nümayişçilər 200 nəfərin yaralandığını, onlardan 40 nəfərin ağır vəziyyətdə olduğunu bildirmişdi. İki nəfər bir müddət komada qalmışdı. Rəsmi məlumatlara görə isə 45 jandarm yaralanıb, onlardan biri ayaqlarından yanıq xəsarəti alıb.

Vəkil K.Şalo xatırladıb ki, bu müddət ərzində etirazçılara qarşı istintaq işi açılıb, lakin heç bir jandarm məsuliyyətə cəlb edilməyib. “Mənim iki müvəkkilim ölümün bir addımlığında olub, amma hələ də heç kim cavab vermir”, - deyə vəkil biganəlikdən şikayətlənib.

Bu hadisə Fransada polis zorakılığı və dövlət məsuliyyəti ilə bağlı mübahisələri yenidən alovlandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
azertag.az

2Mənbələr