AZ

Qurban Qurbanov Mourinyonu “sillələdi” “Qarabağ”a ilişmək olmaz!

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xatırlayırsızsa, “Benfika”nın baş məşqçisi Joze Mourinyo komandasının Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turu çərçivəsində “Çelsi”yə uduzduğu matçdan (0:1) sonra “Qarabağ”ın bostanına daş atmışdı. Sitat: “Mən bu gün “Qarabağ”a uduzmadım, “Çelsi”yə uduzdum. Problem bu cür komandaya yox, “Qarabağ”a məğlub olmaqdadı”. Əlbəttə, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun qeyd olunan ifadələr haqda şərhi hamıya maraqlıydı. Lakin o, mətbuat konfranslarından birində bu məsələylə bağlı sualı cavablamaqdan imtina etmiş, sadəcə, “o, dahi məşqçidi” demişdi.Əlbəttə, ağdamlılar dünən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda London nəhəngindən xal almaqla növbəti tarixi uğura imza atdı. Belədə Çempionlar Liqasının liqa mərhələsinin 4-cü tur oyunundan sonra 7 xala malik olan komanda 15-ci pillədə qərarlaşdı ki, ilk “24-lük”lə bağlı xəyallar reallığa bir qədər də yaxınlaşdı. Ancaq hər şey bununla bitmir. Qurban Qurbanov və komandası həm də Mourinyonun cavabını verdi. Özü də necə lazımdı!“Köhlən atlar” göstərdi ki, problem “Qarabağ”a uduzmaq deyil. Axı bu komanda ilə nə “Benfika”, nə “Kopenhagen”, nə “Çelsi” bacara bildi. Qələbə qazanmağa nail olan “Atletik” isə toy-bayram etdi. Ağdamlıları məğlub edə bilməyi çox ciddi uğur sayıb sevincdən yerə-göyə sığmadı. Həmin oyunda nə qədər güc sərf etdisə, ardından məğlubiyyətləri sıralayır. Odu ki, artıq heç kim “Qarabağ”a yuxarıdan aşağı baxa bilməz. Dünya çempionu olan komanda belə!KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
icma.az

2Mənbələr