AZ

Elnur Məmmədov YUNESKO-nun 43-cü sessiyasında iştirak edib - FOTO

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Özbəkistanın Səmərqənd şəhərində YUNESKO Baş Konfransının 43-cü sessiyasına qatılıb.
 
Bu barədə Moderator.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, sessiya çərçivəsində nazir müavini 6 noyabr tarixində təşkilatın yeni baş direktorunun seçkilərində səsvermədə iştirak edib. Seçkilər nəticəsində Misirdən olan namizəd Xalid El-Enani səs çoxluğu ilə UNESCO-nun yeni baş direktoru seçilib.
 
Səfər zamanı Elnur Məmmədov Baş Konfransın yeni sədri Xondker Mohammad Talha və UNESCO İcraiyyə Şurasının sədri Vera Laköy ilə görüşlər keçirib.
 
Görüşlər zamanı Azərbaycanın UNESCO-nun idarəetmə orqanlarının fəaliyyətində oynadığı aktiv rol, təşkilata verdiyi mühüm töhfələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Seçilən
4
12
moderator.az

10Mənbələr