AZ

Ukraynalı siyasətçi: Pokrovsku itirsək, cəbhə dağılacaq

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

“Donetsk vilayətinin Pokrovsk şəhərindəki vəziyyət Ukrayna üçün fəlakətə çevrilib və cəbhənin dağılmasına gətirib çıxaracaq”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna parlamentinin keçmiş deputatı Artyom Dmitruk deyib.

“Bu gün Pokrovsk ətrafında baş verənləri görürük. Bu, faciədir. Fəlakətdir”, - o qeyd edib.

Dmitrukun sözlərinə görə, Pokrovskda məğlubiyyət Ukrayna Silahlı Qüvvələrinin cəbhədə geriləməsinin başlanğıcı olacaq.

O əlavə edib ki, Ukraynanın Pokrovsku itirməsindən sonra cəbhədəki hadisələr daha sürətlə inkişaf edəcək, çünki müasir müharibədə əsas resurs insandır, Ukraynada isə insan resursu baxımından vəziyyət fəlakətlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
2
sherg.az

3Mənbələr