AZ

İsrailli nazirdən yəhudilərə çağırış – “Nyu Yorku tərk edin”

İsrailli nazir Nyu-York yəhudilərini Mamdaninin seçkilərdəki qələbəsindən sonra şəhəri tərk etməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Amixay Şikli X sosial şəbəkəsində yazıb.

“Bir vaxtlar dünya azadlığının rəmzi olan şəhər açarlarını HƏMAS tərəfdarına, öz baxışlarına görə 25 il əvvəl [11 sentyabr] 3000 sakinini qətlə yetirmiş cihadçı fanatiklərdən uzaq olmayan bir şəxsə təhvil verdi”, – deyə İsrailin diaspor və antisemitizmlə mübarizə məsələləri üzrə naziri Amixay Şikli vurğulayıb.

O, əlavə edib ki, Nyu York “bir daha heç vaxt xüsusən də yəhudi icması üçün əvvəlki kimi olmayacaq”.

“Mən Nyu-York yəhudilərini İsrail torpağında yeni yerlərini müəyyənləşdirmək imkanlarını ciddi şəkildə nəzərdən keçirməyə dəvət edirəm”, – deyə nazir bildirib.

DW qeyd edir ki, Nyu Yorkda təxminən 1,3 milyon yəhudi yaşayır. Bu, İsrailin hüdudlarından kənarda dünyanın ən böyük yəhudi icmasıdır.

Nyu-Yorkun yeni meri bundan əvvəl indiki İsrail hökumətini “aparteid rejimi”, Qəzzadakı müharibəni isə “soyqırımı” adlandırmışdı. Lakin o, HƏMAS haqqında heç bir şərh verməyib.

Xatirə SADİQ

Seçilən
32
nocomment.az

1Mənbələr