AZ

Qazaxıstanda müğənnilərə fonoqramma qadağan edildi

BAKI, 6 noyabr. TELEQRAF

Qazaxıstan Senatı mədəniyyət, təhsil, ailə və dövlət nəzarəti məsələləri ilə bağlı qanuna yeni dəyişikliklər edib.

Teleqraf xəbər verir ki, sənəddə ifaçılara 200 və daha çox tamaşaçı qarşısında keçirilən konsertlər zamanı səs fonoqrammasından istifadəyə qadağa nəzərdə tutulur.

Fonoqrammadan yalnız televiziya kontentinin yaradılması zamanı və konsertlərin keçirilməsi üçün uyğunlaşdırılmamış məkanlarda istifadə edilə bilər.

“İfa zamanı səs fonoqrammasından istifadə barədə tamaşaçının məlumatlandırılması öhdəliyi təsbit olunur və kütləvi informasiya vasitələri və onlayn platformalarda əsərlərdən istifadə edərkən müəllifin adının göstərilməsi tələbləri dəqiqləşdirilir”, - sənəddə bildirilib.

Seçilən
21
2
teleqraf.com

3Mənbələr