AZ

Bolqarıstan "Lukoyl"in zavodunu belə ələ keçirir

Bolqarıstan Rusiyanın neft nəhəngi “Lukoyl”a məxsus Burqasdakı neft emalı zavodunu nəzarətə götürməyə və başqa bir sahibkara satmağa imkan verən qanunvericilik dəyişiklikləri hazırlayır.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilib ki, qanun layihəsi xüsusi təyin olunmuş menecerə neft emalı zavodunun satışına nəzarət etməyə imkan verəcək və onun sahibi “Lukoyl” şirkətinin qərara səs vermək və ya etiraz etmək hüququ olmayacaq.
Seçilən
7
5
sherg.az

6Mənbələr