ABŞ prezidenti Donald Tramp Cənubi Afrikanı “kommunist tiraniyası”nda günahlandırıb və G20 sammiti üçün bu ölkəyə səfər etməyəcəyini təsdiqləyib: “Cənubi Afrikada keçiriləcək G20 görüşünə getməyəcəyəm.
Cənubi Afrika heç bir beynəlxalq qrupa daxil deyil, çünki orada yaxşı heç nə baş vermir”, – deyə Tramp Mayamidə keçirilən biznes forumunda bildirib. O, həmçinin Mayaminin nəsillər boyu “Cənubi Afrikada kommunist tiraniyasından qaçanlar üçün təhlükəsiz sığınacaq” olduğunu bildirib.
Xatırladaq ki, G20 sammiti 21 və 22 noyabr tarixlərində Yohannesburqda keçiriləcək. Sentyabr ayında Tramp ABŞ vitse-prezidenti J.D. Vensin onun yerinə görüşdə iştirak edəcəyini bildirib. İkinci müddətinin başlamasından sonra Donald Tramp müstəmləkəçilərin nəsillərinin hüquqlarını pozduğunu iddia etdiyi qanuna görə Cənubi Afrikaya yardımın dayandırıldığını elan edib.
//Samir Qurbanov, Editor.az