AZ

Böyrək Xərçənginin Müalicəsində Çətinliyə Səbəb Olan Yeni Faktor Aşkarlandı

Böyrək

ABŞ-nin Dana-Farber Xərçəng İnstitutunun alimləri müəyyən ediblər ki, normalda immun sistemi infeksiyalarla mübarizə aparan bir zülal, əksinə, böyrək xərçənginə qarşı müalicəyə qarşı müqavimət yarada bilərUlusum.az xəbər verir ki, tədqiqatın nəticələri “Immunity” jurnalında dərc olunub.Araşdırmada gamma-interferon (IFN-γ) adlı zülalın bəzən immun cavabı gücləndirmək əvəzinə, şiş əleyhinə reaksiyanı zəiflədə bildiyi aşkar olunub. Tədqiqatçılar böyrək hüceyrəli karsinoma olan xəstələrin şiş toxumalarını analiz edərək, IFN-γ siqnallarının bəzi immun hüceyrələrdə, xüsusən miyeloid hüceyrələrdə aktivliyinin immunoterapiyaya davamlılıqla əlaqəli olduğunu müəyyən ediblər. Digər hüceyrə növlərində isə belə effekt müşahidə olunmayıb.İmmunoterapiya, xüsusilə kontrol nöqtəsi inhibitorları, proqressiv böyrək xərçənginin standart müalicəsi sayılır və immun sistemin şiş hüceyrələrini tanıyıb məhv etməsinə kömək edir. Lakin bəzi xəstələr bu müalicəyə cavab vermir və səbəbləri uzun müddət məlum olmayıb.Alimlərin fikrincə, gamma-interferonun bu ikili rolu digər xərçəng növlərində effektivliyi proqnozlaşdıran biomarkerlərin böyrək xərçəngində işləməməsini izah edir. Nəticələr gələcəkdə xəstələrin müalicəyə cavab verməyəcəklərini əvvəlcədən müəyyən etmək üçün yeni diaqnostik metodların hazırlanmasına əsas yarada bilər.Ulusum.az

Diqqət Çəkənlər

“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Yaradıcı Körpü VİDEO

Yunus Oğuz: “8 Noyabr yalnız Azərbaycanın deyil, bütün türk dünyasının Zəfər Günüdür”

Trabzon ilə Soçi arasında dəniz körpüsü quruldu

Seçilən
5
1
ulusum.az

2Mənbələr