AZ

Açılışı “Bakı” edəcək

futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Noyabrın 7-də həndbol üzrə XXXII Azərbaycan çempionatı başlayacaq.

Futbolpress.az xəbər verir ki, yeni mövsümdə Yüksək Liqada 6 qadın və 6 kişi, Birinci Liqada isə 4 qadın və 6 kişi komandası yarışacaq.

İlk turun açılış qarşılaşmasında kişilər arasında “Azəryol” və “Bakı” komandaları üz-üzə gələcək. Matç saat 19:30-da start götürəcək. Kişi komandaları arasında növbəti oyun noyabrın 9-da “Təhsil” və “Dinamo” arasında keçiriləcək. Bu görüş saat 11:00-da başlayacaq. Həmin gün qadınlar arasında da ilk matç baş tutacaq. Saat 13:00-da “İdman Akademiyası” “Bakı”nı qəbul edəcək. Bütün oyunlar “AHF Arena” idman kompleksində təşkil olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
futbolpress.az

1Mənbələr