AZ

Serbiya Rusiyaya qarşı sanksiyalara qoşulma ehtimalını istisna etməyib

ain.az bildirir, Sherg.az portalına istinadən.

Serbiya hakimiyyəti Rusiyaya qarşı sanksiyalara qoşulma ehtimalını istisna etməyib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandar Vuçiç Avropa İttifaqının Serbiyadəkı daimi nümayəndə heyətinin rəhbəri Andreas fon Bekerat ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Vuçiç xatırladıb ki, Ukraynada müharibə başlayandan bir neçə gün sonra Serbiyanın Milli Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı qərar qəbul edib:

“O zaman demişdim ki, bu vəziyyət bir, iki və ya üç ay davam edə bilər. Amma qərar zamanın sınağından çıxdı - dörd ildir qüvvədədir. İndi isə həm hökumət, həm də Milli Təhlükəsizlik Şurası əvvəlki mövqeyə yenidən baxmaq hüququna malikdir.”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
3
sherg.az

4Mənbələr