Vətən müharibəsinə həsr olunan “44” bədii filminin çəkilişləri başa çatıb və komanda post-prodakşn işlərinə başlayıb.
“İki sahil” xəbər verir ki, layihənin ərsəyə gəlməsi üçün peşəkar komanda yaradılıb. Film üzərində işlər ümumilikdə 4 il davam edib, çəkilişlər isə 2 il ərzində Bakı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Lerik, Şuşa və digər bölgələrdə aparılıb.
Filmin yaradıcı heyəti, ekran əsərində rol alan istedadlı aktyorlar Vətən müharibəsinin real döyüş səhnələrini, tarixi Zəfər uğrunda ağır mübarizəni məharətlə canlandırmaqla şanlı 44 günü, ordumuzun qəhrəmanlığını, xalqımızın birliyini əbədiləşdiriblər.
Filmin treyleri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.