AZ

“Messidən əvvəl də Argentina çempion olurdu, biz isə tarix yazdıq”

Portuqaliya millisinin kapitanı və hücumçusu Kriştiano Ronaldo Argentina yığmasının beynəlxalq arenadakı uğurlarına münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, ulduz futbolçu qeyd edib ki, argentinalılar böyük turnirlərdə qələbəyə öyrəşiblər, halbuki Portuqaliya onun dövrünə qədər ciddi uğurlar əldə etməyib.

“Sənin fikrincə mən ən böyüyəm. Mənim üçün isə Messi Argentina tarixində belə ən böyük futbolçu deyil. Məncə, Maradona ondan daha yaxşı idi” 

“Təşəkkür edirəm. Amma bir sualım var: Messi gələnədək Argentina neçə dünya çempionluğu qazanmışdı? Onlar üçün bu adi haldır. Argentina və Braziliya böyük turnirlərdə qalib olmağa öyrəşib. Əgər Portuqaliya dünya çempionu olsaydı, bu, hər kəsi təəccübləndirərdi” 

Ronaldo öz milli komandası ilə qazandığı uğurlardan da danışıb:

“Mən Portuqaliya ilə üç titul qazanmışam. Ondan əvvəl biz heç nə əldə etməmişdik. Bu mənim üçün böyük xoşbəxtlikdir.”

Qeyd edək ki, 40 yaşlı futbolçu Portuqaliya millisinin heyətində Avro-2016-nın, eləcə də UEFA Millətlər Liqasının ikiqat qalibidir (2019, 2025).

Seçilən
106
90deqiqe.az

1Mənbələr