AZ

Lavrov yoxa çıxdı KİV

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir müddətdir görünmədiyi barədə xarici KİV-də müzakirələr aparılır.

Globalinfo.az xəbər verir ki, aparılan müşahidələr zamanı Lavrovun bir müddətdir iclaslarda iştirak etmədiyini, media qarşısına çıxmadığını və açıqlamalar vermədiyini göstərir.

“Kommersant” nəşrinin yazdığına görə, dünən keçirilən müşavirədə Putin nüvə sınaqları ilə hədələyərkən, Lavrov iclasda iştirak etməyib Putin nüvə sınaqları ilə bağlı sərt hədələr səsləndirərkən xarici işlər naziri Sergey Lavrov tədbirdə iştirak etməyib. Qəzet bu vəziyyəti “nazirin razılaşdırılmış şəkildə iştirak etməməsi” kimi yumşaq şəkildə təqdim edib.

Demək olar ki, eyni ərəfədə Lavrov “Böyük 20-lik” (G20) sammitində Rusiya nümayəndə heyətinin rəhbəri statusunu da itirib. Bundan əlavə, Sergey Lavrov artıq bir müddətdir informasiya gündəmindən kənarda qalıb — onun son ictimai çıxışı oktyabrın sonunda olub.

Əvvəllər bildirilib ki, Rusiya rəhbərliyi Budapeştdə Putin və Tramp arasında baş tutmayan danışıqlara görə günahkar axtarır və əsas məsul şəxs kimi məhz Sergey Lavrov göstərilib.

Aysel Əliyeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
2
globalinfo.az

3Mənbələr