Fransa yığmasının DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycan millilərinə qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Rekord.az xəbər verir ki, baş məşqçi Didye Deşam D qrupunda noyabrın 13-də evdə Ukrayna, 16-də isə Bakıda Azərbaycan millisinə qarşı baş tutacaq matçlara 24 futbolçu dəvət edib.

Qapıçılar: Lyuka Şevalye, Mayk Menyan, Bris Samba;

Müdafiəçilər: Conatan Kloss, Lyuka Din, Teo Ernandes, İbrahima Konate, Jül Kunde, Benjamen Pavar, Uilyam Saliba, Dayo Upamekano;

Yarımmüdafiəçilər: Eduardo Kamavinqa, Mateo Genduzi, Manu Kone, Adrian Rabyo, Orelyen Tçuameni, Uorren Zair-Emeri;

Hücumçular: Bredli Barkola, Usman Dembele, Dezire Due, Randal Kolo Muani, Kilian Mbappe, Maykl Olise, Markus Türam.

Azərbaycan – Fransa qarşılaşması noybarın 16-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.