AZ

Maşında yatan sərxoş sürücü qəzaya düşdü: yuxudan ayılmadı – Ağır cəza - VİDEO

Yaxşı olardı ki, hər bir qeyri-hökumət təşkilatı (QHT) öz adına yenidən baxsın, zərurət varsa, müvafiq dəyişikliklərin edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etsin. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Mirzə Ələkbər Sabir Fondunun sədri Sevda Tahirli "Qərbi Azərbaycana Qayıdış" mövzusunda ictimai müzakirədə deyib.

O, QHT-ləri Azərbaycan ədəbi dilinin normalarına ciddi riayət etməyə çağırıb:

"Təəssüflər olsun ki, müxtəlif dövrlərdə dövlət qeydiyyatına alınmış bəzi QHT-lərin adlarında orfoqrafik səhvlərə, hətta ifadə, işarə səhvlərinə yol verilib, təşkilatların bir çoxunun adları bir-birinə bənzəyir, onları fərqləndirmək bəzən çətin olur. Yaxşı olardı ki, hər bir QHT öz adına yenidən baxsın, zərurət varsa, müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinə müraciət etsin. Bu da ana dilinin qorunmasına həm töhfə, həm də yaxşı nümunə olar".

Seçilən
31
avtosfer.az

1Mənbələr