Newscenter.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ukrayna və Avropa İttifaqı başa düşməlidir ki, Kiyevin Rusiya ilə münaqişədə qalib gəlmək şansı yoxdur. Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri Almaniya parlamentinin deputatı Mixael fon der Şulenburq deyib."Biz hələ də Rusiyanın uduzacağını düşünürük. Bu, baş verməyəcək. Ukrayna bunu başa düşməlidir", -deyə Mixael fon der Şulenburq bildirib.Avropa Parlamentinin deputatının fikrincə, Avropanın dondurulmuş Rusiya aktivlərini satmaq istəməsinin səbəblərindən biri hər il Aİ ölkələrinin ÜDM-nin 0,25%-ni Ukraynaya köçürmək vədidir. Qeyd edək ki, Aİ ölkələri Ukraynanı daha da maliyyələşdirməyin yollarını, o cümlədən Rusiyanın Qərbdəki dondurulmuş aktivlərindəki 200 milyard avrodan çox vəsaitin Kiyevə “təzminat krediti” ilə təmin edilməsi imkanını müzakirə etməkdə davam edir. Hələlik bu məsələdə razılıq yoxdur. Anar Əliyev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.