AZ

Ərdoğan müxalifət liderindən 500 min istəyir

Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan muxalif Cümhuriyyət Xalq Partiyasının sədri Özgur Özəldən məhkəməyə şikayət edib. Mətbuat.az xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın açıqlama verib. Vəkil dövlət başçısının onu təhqir edən müxalifət liderindən 500 min lirə təzminat tələb etdiyini bildirib. Hüseyn Aydının sözlərinə görə, Özgur Özəl son vaxtlar Ərdoğanı təhqir etməyi vərdiş halına gətirib. Onun dünən Umraniyə mitinqində etdiyi çıxış "bardağı daşıran son damla" olub.
"Buna göz yuma bilmərik. Özgur Özəllə bağlı Ankara məhkəməsinə müraciət etmişik. Hörmətli prezidentimizə deyən mənəvi ziyana görə ondan 500 min türk lirəsi tələb edirik"' - vəkil bildirib.

Hüquqşünas CXP sədri barədə ölçü götürmək üçün məhkəməyə xüsusi ittiham qaydasında müraciət etdiklərini də açıqlayıb.

Seçilən
8
1
metbuat.az

9Mənbələr