AZ

Afət Həsənova Zəfər Günü ilə bağlı tədbirdə iştirak ETDİ

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət sarayında 8 noyabr – Zəfər gününün 5-ci ildönümü münasibətilə vətənpərvərlik tədbiri keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Afət Həsənova da iştirak edib.

Tədbir öncə Ümummilli Lider Heydər Əliyevin büstünün ziyarəti ilə başlanıb. Afət Həsənova və digər iştirakçılar, Ulu Öndərin xatirəsini ehtiramla yad edərək büstün önünə gül dəstələri qoyublar.

Sonra, Mədəniyyət Nazirliyinin və Azərbaycan Fotoqrafları Birliyinin təşkilatçılığı ilə “Zəfərin ruhu” adlı fotosərgi açılıb. Sərgidə Vətən müharibəsi və Zəfər günü ilə bağlı tarixi anları əks etdirən fotoşəkillər təqdim olunub.

Tədbir, Bakı Bələdiyyə teatrının aktyorlarının, rəqs qruplarının və musiqiçilərin çıxışları ilə davam edib.

Xədicə BAXIŞLI

Seçilən
34
redaktor.az

1Mənbələr